İtalyan aktyoru Karlo Delle Pyane 83 yaşında dünyasını dəyişib.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, o, Romada vəfat edib.
Karlo Delle Pyane - "Tələbə yürüşü" filmində ("Una gita scolastica", 1983-cü il) yaratdığı uğurlu rola görə "Qızıl qlobus" mükafatı və Venesiya kino festivalının Pazinetti mükafatı laureatı olub. O, həmçinin "Milad hədiyyəsi" filmində ("Regalo di Natale", 1986-cı il) uğurlu roluna görə "Gümüş aslan" mükafatı qazanıb.
Son xəbərlər
Son Xəbərlər