Məşhur jurnal tarixində ilk dəfə belə çıxdı

meshur-jurnal-tarixinde-ilk-defe-bele-cixdi
Oxunma sayı: 1988

Məşhur “Vogue” jurnalının İtaliya versiyası yüzillik tarixində ilk dəfə olaraq aprelin 10-da nəşr olunan nömrəsində üz qabığında heç kimin şəkli olmadan işıq üzü görüb.

"Qafqazinfo" xəbər verir ki, ağ üz qabığı ilə satışa buraxılan jurnalın instaqram səhifəsində buna aydınlıq gətirilib.

Bildirilib ki, bu qərar bir neçə məsələni özündə ehtiva edir. Belə ki, ağ rəng ilk öncə hörmət rəmzidir. Daha sonra o, yenidən doğulmanı, təmizliyi əks etdirir. Bu gün isə ağ rəng həyatı bahasına insanların sağlamlığını qoruyan tibb işçilərinin rəmzidir. Bu rəng bizə düşünməyə və yeni ideyalar yaratmağa, sevgi və insanlığı yenidən formalaşdırmağa imkan verir.