1968-ci ildə “ən yaxşı aktyor” mükafatına sahib olan, məşhur kino ulduzu George Kennedi dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun nəvəsi Cory Schenkel məlumat yayıb.
Schenkel babasının bir neçə aydır xəstəxanada müalicə aldığını, səhhətində problemlər yarandığını söyləyib.
Atası musiqiçi, anası isə rəqqasə olan Kennedi Boise şəhərində həyatını itirib.
Qeyd edək ki, aktyor “Earthquake” və “Airport” filmləriylə ulduzu parlamağa başlamışdı. Kennedi sonuncu dəfə “The Gambler” filmində rol almışdı.


Son xəbərlər
Son Xəbərlər