“Məşhur kişilərlə işim olmaz” - Model

meshur-kisilerle-isim-olmaz
Oxunma sayı: 3174

Türkiyənin tanınmış modeli Tuba Özay açıqlamaları ilə gündəm olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, jurnalistin “heç məşhur birinə aşiq olduğunuz” sualına Tuba bu cavabı verib:

“Mənim heç vaxt məşhur kişilərlə işim olmaz. Çünki eqoist kişiləri sevmirəm. Dominant qadınam. İplər əlimdə olmalıdır. Güc məndə olmalıdır. Beynim çönərsə, pis şeylər ola bilər. Münasibətdə olacağım insanın sosial şəbəkədə hesabı da ola bilməz. Mən hər qabağıma çıxanla da eşq yaşamaram. Hər adam mənə toxuna bilməz. Mənim bədənim dəyərlidir”.