Məşhur klubun sahibi koronavirusa tutuldu

meshur-klubun-sahibi-koronavirusa-tutuldu
Oxunma sayı: 3097

Yunanıstanın “Olimpiakos” və İngiltərənin “Nottinqem Forest” klublarının sahibi Evanqelos Marinakis koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki,bu barədə iş adamı öz sosial şəbəkə hesabında məlumat yayıb. 

O bildirib ki, test müsbət nəticə verib. Hazırda Marinakisin durumu stabildir və həkim nəzarəti altındadır.