Məşhur komediya aktyoru vəfat etdi

Məşhur komediya aktyoru vəfat etdi
Oxunma sayı: 2867

İspaniyanın məşhur komediya aktyoru Xuan Borxa 65 yaşında vəfat edib.

Bu barədə “Qafqazinfo” “El País” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, çərşənbə günü günorta saatlarında aktyor İspaniyanın Sevilya şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb, bir qədər sonra dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil.

Borxa 2000-ci illərdə “El vagamundo” tok-şousunda yumoristik hekayələri və qeyri-adi gülüşü ilə tanınıb. Buna görə aktyora “Qəhqəhə” ləqəbi verilib.