“Natura Siberica” və “Babuşka Aqafya” markalarının yaradıcısı Andrey Trubnikov 60 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBC” telekanalı məlumat yayıb.
Onun Moskva vilayətində yerləşən evində vəfat etdiyi bildirilib. Digər təfərrüatlar dəqiqləşdirilir.
Qeyd edək ki, Trubnikov “Babuşka Aqafya” markasını 2002-ci ildə, “Natura Siberica”nı isə 2008-ci ildə yaradıb.
Son xəbərlər
Son Xəbərlər