Xəzər TV-nin aparıcısı Fira Cəlilovanın yeni layihəsi olan “Əlimin duzu” proqramının çəkiliş zamanı mübahisə yaranıb. “Qafqazinfo” xəbər verir ki, aparıcı proqramın formatına uyğun olaraq qonaqla (reper Qurd) birgə “Bizim Market” şəbəkəsində bazarlıq edib.
Daha sonra marketin Köhnə Günəşli qəsəbəsindəki işçiləri çəkiliş heyətinə hücum edib. Belə ki, bir nəfər layihənin operatoru Elnur Əsgərovun kamerasını almağa çalışıb.Market nümayəndələri mübahisəni lentə alan Fira Cəlilovanın əlindən vuraraq telefonunu almaq istəyiblər.
Aparıcı instaqramda video paylaşaraq işçilərin çəkiliş heyətinin avtomobilinin qarşısını da kəsdiyini qeyd edib.
O, “Qafqazinfo”ya hadisənin təfərrüatını danışıb: “Qonağımız reper Qurdla marketdə 10-15 dəqiqə alış-veriş etdik və bizə heç kəs yaxınlaşıb demədi ki, çəkiliş qadağandır. Biz dəfələrlə digər marketlərdə də işimizlə bağlı olmuşuq.
Bir də gördüm ki, operatorun əlindən kameranı almaq istəyirlər, mübahisə böyüyür. İşçilər bəzi görüntülərin silinməyini tələb etdilər. Mən də cavab verdim ki, cəmi su və meyvə bölməsində olmuşuq. Meyvədə nə problem? Düşünürəm ki, suyun qiymətində süni artım olub, onun üçün belə təşvişə düşüblər”.
***
“Bizim Market” məlum hadisəylə bağlı açıqlama yayıb:
Bildirilir ki, bu gün “Günəşli” filialında Xəzər tv-nin tanınmış aparıcısı Firüzə Cəlilova “Bizim Market” MMC-nin baş ofisindən icazə almadan sözü gedən filialda çəkiliş edib: "Bu zaman çəkiliş heyəti ilə market işçiləri arasında xoşagəlməz insident yaşanıb.
Qeyd edək ki, “Bizim Market” supermarket şəbəkəsi olaraq, hər zaman marketin istənilən filialında çəkilişə o zaman razılıq verir ki, çəkiliş etmək istəyən televiziya kanalı və onun heyəti öncədən çəkiliş ilə bağlı baş ofisimizə yaxınlaşaraq, market rəhbərliyinə müraciət etməlidir".
Son xəbərlər
Son Xəbərlər