Məşhur mebel mağazasında oğurluq - Sumqayıtda

meshur-mebel-magazasinda-ogurluq
Oxunma sayı: 1616

“Embavood” mebel şirkətinin Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən mağazasından oğurluq edilib.

“Qafqazinfo”nun Report-a istinadən verdiyi məlumata görə, mağazanın sahibi Elmağa Nəcəfov polisə müraciət edərək bildirib ki, 26 dekabr 2015-ci il tarixindən bu il yanvarın 12-dək mağazanın anbarından məişət əşyaları və mebel dəstlərinin hissələri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.