Məşhur memar-dizayner Rafael Abbasov İtaliyada “Badamlı”nın reklamına çəkildi - Video

meshur-memar-dizayner-rafael-abbasov-italiyada-badamlinin-reklamina-cekildi
Oxunma sayı: 3590

Azərbaycanın məşhur mineral sularından olan “Badamlı”nın dünyada alıcı kütləsi artır.

“Qafqazinfo” xəbər verir ki, hazırda  “Badamlı mineral sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İraq, Kanada, Türkiyə, Özbəkistana ixrac olunur. Yaxın günlərdə “Badamlı" mineral sularının İtaliyaya da ixracına başlanacaq.

İlk olaraq “Badamlı”nın İtaliyanın biznes və sənaye mərkəzi olan Milan şəhərində satışına başlanılacaq. Bu münasibətlə reklam çarxı hazırlanıb.

Reklam çarxına “Era design” şirkətinin rəhbəri (@eradesignbyrafael), məşhur memar-dizayner Rafael Abbasov çəkilib.

Yeni işi ilə bağlı fikrini bölüşən R.Abbasov bildirib ki, bir naxçıvanlı olaraq Naxçıvan suyunu italyanlara sevdirmək missiyası ona stimul verib.