Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçının oğlu Kamil Novruzov “Hər şey daxil” proqramında məlumat verib.
O, canlı efirə telefonla bağlanaraq bildirib ki, atası iki həftədir, yeriyə bilmir: “Vəziyyəti bir aydır ki, pisdir, ayaqları tutulub. Özəl xəstəxanada 6 gün qaldı, maddi cəhətdən çətinlik çəkdik, onu evə gətirməli olduq. Həkimlər deyir ki, xəstəxanada müalicə olunsa, iki aya ayağa qalxa bilər”.
Aparıcı Tarix Əliyev (Tolik) isə meyxana ustadının müalicəsi üçün 20-25 min manatın lazım olduğunu vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər