Məşhur milyarder 73 yaşlı həyat yoldaşından boşanır

meshur-milyarder-73-yasli-heyat-yoldasindan-bosanir
Oxunma sayı: 7924

68 yaşlı rusiyalı milyarder Alişer Usmanov və bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanova boşanmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məhkəmə iyunun 7-si tərəflərin boşanması məsələsini nəzərdən keçirəcək.

Bildirilir ki, bu məsələdə iddiaçı olaraq Alişer Usmanov çıxış edir.

Qeyd edək ki, İrina Viner-Usmanovanın 73 yaşı var. Cütlük təqribən yarım əsr birlikdə yaşayıb. Onlar bu dövrün 30 ilini qanuni nikahla evli olublar.