“Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi və rəhbəri İlon Mask ABŞ prezidentinin yanında Məsləhət Şurasını tərk edib.
“Qafqazinfo”nun “Tvrain.ru”ya istinadən verdiyi məlumata görə, o, bu addımı Donald Tramp ölkəni Paris iqlim müqaviləsindən çıxardığına görə atıb.
Mask bu barədə Tvitter hesabında məlumat verib: “Prezident yanında Məsləhət Şurasını tərk edirəm. İqlim dəyişikliyi realdır. Paris müqaviləsindən çıxmaq nə Amerika, nə də dünya üçün yaxşı ümidlər vermir”.
Qeyd edək ki, İ. Mask daha öncə Tramp müqavilədən imtina edəcəyi halda şuranı tərk edəcəyinə dair söz vermişdi.
Tramp Paris iqlim müqaviləsindən çıxmağı nəinki ABŞ, həm də digər dövlətlər üçün sərfəli qərar kimi dəyərləndirib.
Son xəbərlər
Son Xəbərlər