Məşhur milyarder model üçün tikdirdiyi villanı satışa çıxardı - Fotolar

meshur-milyarder-model-ucun-tikdirdiyi-villani-satisa-cixardi
Oxunma sayı: 3005

Məşhur rusiyalı sahibkar, “Capital Group”un sahibi Vladislav Doronin malikanəsini satışa çıxarıb.

“Qafqazinfo”nun “Mash” teleqram-kanalına istinadən verdiyi xəbərə görə, milyarder-oliqarx Moskva ətrafındakı Barvixada yerləşən “Capital Hill Residence”i 6,4 milyard rubla satır.

Məlumata görə, villa dünya şöhrətli arxitektor Zaha Hadidin layihəsi əsasında tikilib. Bu, onun dünyadakı yeganə layihəsidir. Çünki Hadid bir daha özəl yaşayış binasını layihələndirməyib. Kosmik gəmisinə bənzər sarayın inşası 140 milyon dollara başa gəlib.

Köşkün sahəsi 3 min kvadratmetrdən çoxdur, dörd mərtəbəlidir. 25 metrlik hovuzu, 35 spa-kompleksi, idman zalı, gecə klubu və s. var.

Bu məqamda bildirək ki, Doronin villanı qaradərili ingilis model Naomi Kempbell ilə sevgili olanda ona toy hədiyyəsi olaraq tikdirmişdi. Belə ki, cütlük 2008-ci ildə Kann festivalında tanış olmuşdu. Lakin onlar ailə qurmadan 2012-ci ildə ayrılmışdı.