Məşhur model həyat yoldaşından ayrıldı

meshur-model-heyat-yoldasindan-ayrildi
Oxunma sayı: 3988

Amerikalı model və aktrisa Emili Ratakovski həyat yoldaşı aktyor Sebastyan Bir-Makklarddan ayrılmaq barədə qərar qəbul edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hazırda cütlük boşanma ərəfəsindədir. 

İlkin məlumata görə, buna səbəb mediada Sebastyan Bir-Makklardın amerikalı modelə xəyanət etməsi barədə yayılan iddialar olub. 

Bildirilir ki, Ratakovskinin ötən həftə qatıldığı bir tədbirdə nişan üzüyünü taxmaması da medianın diqqətini çəkmişdi. 

Qeyd edək ki, cütlük 2018-ci ildə bir neçə həftəlik tanışlıqdan sonra ailə həyatı qurub. Emili və Sebastyanın bu evlilikdən 1 yaşlı Silvester Apollo adlı oğulları var.

Xəbəri rus dilində oxuyun: После матча “Карабах”а потребовали одеть маски