Müğənni Alişan “Ölümsüz aşklar” klipində rol alan Çağla Şikelə böyük jest edib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi pulsuz klipə çəkilən Çağlaya aldığı hədiyyəni təqdim edib.
Müğənni Şikel üçün Fransanın məşhur “Louis Vuitton” brendinin çantasını ( 6 min TL) alıb.
Xatırladaq ki, Alişan 2000-ci ildə “Ah yar” klipində rol alması üçün Şikelə müraciət etmiş, ancaq model bu təklifə müsbət cavab verməmişdi.
Çağla 19 illik peşə həyatında təkcə Çelikin “Benimle evlenirmisin?” mahnısına çəkilən klipdə rol alıb.





Son xəbərlər
Son Xəbərlər