Məşhur modelə ərindən 1,5 milyonluq hədiyyə - Foto

meshur-modele-erinden-15-milyonluq-hediyye
Oxunma sayı: 4087

Tanınmış amerikalı model Keyt Uptona həyat yoldaşı Castin Verlander üzük hədiyyə edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı Keyt üzüyün fotosunu sosial şəbəkədə paylaşıb.

35 yaşlı beysbolçunun aldığı 8 karatlıq briliyant üzüyün dəyərinin 1,5 milyon dollar olduğu deyilir.

Xatırladaq ki, cütlük ötən il İtaliyada ailə qurub.