Məşhur modelin atası faciəvi şəkildə öldü - Video

meshur-modelin-atasi-facievi-sekilde-oldu
Oxunma sayı: 4565

Türkiyənin tanınmış modeli Simge Tərtəmizlə modelyer Eyləm Tərtəmizin 60 yaşlı atası Metin Tərtəmiz 4-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Metin Tərtəmiz bacısı ilə birgə yaşadığı evin pəncərəsindən düşüb. Hadisə yerinə təcili yardım çağrılsa, onun həyatını xilas etmək mümkün olmayıb.

Modelin atasının cəsədi tibbi ekspertizaya göndərilib.

Simge atası ilə fotosunu sosial şəbəkədə paylaşaraq “Kədərimiz təsvir edilə bilməz, gedişin çox tez oldu. Haqqını halal et, atam. Məkanın cənnət olsun” yazıb.