“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, məhkəmə fotoqrafa bəraət verilməsi ilə bağlı qərarı ləğv edib. İşə yenidən baxılacaq.
Bununla bağlı modelin ailəsi və prokurorluq şikayət verib. Hakim Loşaqinə bəraət verilməsi üçün kifayət qədər arqumentin olmadığını və faktların uzlaşmadığını bildirib.
Qeyd edək ki, Rusiyanın məşhur fotomodeli Yuliya Prokoviyeva 2013-cü ilin avqustunda amansızcasına öldürülüb. Onun yandırılmış cəsədi meşədə qalanmış ocağın yanından aşkarlanıb. Cinayətdə günahlandırılan Dmitri Loşaqin isə bu iddianı rədd edir və xanımının ölümündən əvvəl itkin düşdüyünü bildirir.
Son xəbərlər
Son Xəbərlər