Məşhur modelyer Bakıya gəlir

meshur-modelyer-bakiya-gelir
Oxunma sayı: 2924

“Qafqazinfo”nun məlumatına görə, istedadlı və yaradıcı gənclərin II Respublika Forumu (26-30 noyabr 2012-ci il) çərçivəsində moda musabiqəsi keçirilir. Gənc modelyer-dizaynerlərin “Art fashion”adlı moda müsabiqəsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Nez fashion” moda evinin təşkilatçılığı ilə moda musabiqəsi təşkil olunub. Gənc modelyer-dizaynerlərin potensiallarının reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, onların yaradıcılığına diqqətin cəlb olunması və gələcək fəaliyyətlərinin stimullaşdırılması, onlara moda sahəsində müəyyən dərəcədə prespektiv yaratmaqdi.
Elmlər namizedi, Rəssamliq İttifaqının və Dizaynerler İttifaqının üzvü, “NEZ fashion ”modalar evinin baş modelyeri NEZ xanım (Nəzakət Əhmədova) artıq onlarla istedadlı gənclərin bu işə cəlb olunduğunu bildirir: “İlk once qeyd edim ki bu çox şəffaf bir müsabiqə olacaq. Layiq olan 3 iştirakçı qalib seçiləcək və xüsusi diplomla təltif olunacaq. Digər iştirakçilara isə şəhadətnamələr veriləcək”.

Müsabiqənin qalibləri aşağıdakı nominasiyalar üzrə müəyən ediləcək “Ən yaxşı geyim kolleksiyası”, “Bədii ideyanın orijinallığı”, “Qeyri-adi konstruksiya həlli”.