Xalq artistinin “Qafqazinfo”ya verdiyi məlumata görə, o rəsmən professor adına layiq görülüb.
Mənsu İbrahimov bildirib ki, bu gün ona Azərbaycan Dövlət Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev tərəfindən muğam sahəsində professorluq diplomu təqdi olunub. Onun sözlərinə görə, bu amil Azərbaycanda muğamın inkişafının göstəricisidir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə muğam sahəsində professor adını bir neçə il əvvəl muğam ustası Arif Babayev qazanıb.