Məşhur müğənni Acunun təklifini rədd etdi

meshur-mugenni-acunun-teklifini-redd-etdi
Oxunma sayı: 643

“TV 8”in rəhbəri Acun Ilıcalı müğənni Yıldız Tilbeni “Survivor” yarışmasına dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi Acunun təklifinə Tvitter hesabından cavab verib.

“Acun Ilıcalı məni verilişə dəvət etdi, çox sağ olsun. Amma mən o qədər uzun müddətli uçuşa dözə bilmərəm. 3-4 saatlıq yol olsa, problem olmaz. Amma 16 saat...Allah qorusun, vallah qorxuram”, - deyə Y. Tilbe qeyd edib.