Məşhur müğənni Bakıya gəldi

meshur-mugenni-bakiya-geldi
Oxunma sayı: 1683

“Modern Talking” qrupunun solisti Tomas Anders Azərbaycana gəlib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əməkdar artist Ədalət Şükürov məlumat verib. 

O, sosial şəbəkədə müğənni ilə şəklini paylaşaraq dünən bir arada olduqlarını qeyd edib: “Bakıya gələn əfsanəvi qonağımız Tomas Anderslə... Sonuncu dəfə keçən il Moskvada tədbirdə görüşmüşdük”.

Xatırladaq ki, Tomas Anders bu gün Heydər Əliyev Mərkəzində konsert verəcək.