Məşhur müğənni evləndi - Cəmi 15 gün sonra boşandı

meshur-mugenni-evlendi
Oxunma sayı: 4448

Hüznlü mahnılarıyla tanınan Halil Sezai gizli ailə qurub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni sevgilisi Zəhra Kaya ilə avqustun 23-ü nikah masasına oturub. Cütlüyün nikah şahidləri Gürkan Uygun ilə həyat yoldaşı Şükran Uygun olub.

Müğənni Bodrumda sevgilisiylə dalaşdıqdan sonra ona evlənmə təklifi edib.

***

Türkiyə mediası daha bir maraqlı iddia irəli sürüb. Yayılan xəbərə görə, cütlüyün evliliyi 15 gün çəkib. Onlar yola getmədikləri üçün razılaşma yolu ilə boşanıblar.

Könül