Məşhur müğənni qəzada öldü

meshur-mugenni-qezada-oldu
Oxunma sayı: 661

Məşhur müğənni Cenni Rivera təyyarə qəzasında həlak olub. ABŞ-da yaşayan Meksika əsilli Cenni Riveranın uçduğu “Learjet 25” təyyarəsinin dekabrın 9-da Monterrey şəhərinin (Meksika) hava limanından qalxandan az sonra qəzaya uğradığı bildirilir. Təyyarənin iki pilotu və daha altı sərnişini də həyatını itirib.

Cenni Rivera Monterreydə konsert verib Toluku şəhərinə uçurmuş. ABŞ-ın Kaliforniya ştatında meksikalı mühacirlərin ailəsində doğulmuş 43 yaşlı müğənni beş uşaq anası idi.