Məşhur müğənni qumarxanada - Fotolar

meshur-mugenni-qumarxanada
Oxunma sayı: 5370

Türkiyəli müğənni Yavuz Bingöl qumarxanada görüntülənib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçinin oyun zamanı Kiprdə çəkilən fotoları sosial şəbəkələrdə paylaşılıb.

Y. Bingöl taktika və risklə zəngin kart oyunu hesab edilən “blackjack” oynayıb. Bu hadisə Türkiyə mediasının əsas gündəm mövzusuna çevirilib.

Xatırladaq ki, Yavuz Bingölün 2014-ci ildə belə bir fotosu yayılmış, qumar borcu olduğu məlum olmuşdu.