Məşhur müğənni səhnədən uzaqlaşır

meshur-mugenni-sehneden-uzaqlasir
Oxunma sayı: 653

“Qafqazinfo”nun Türkiyə saytına istinadən verdiyi xəbərə görə, İngiltərənin ”Sun” qəzetində yayımlanan xəbərdə İstanbuldan əlavə 11 Avropa ölkəsində konsertləri təxirə salınan müğənni reabilitasiya mərkəzində yenidən uyuşdurucu və alkoqoldan müalicə olunacaq. Müğənninin meneceri isə Winehousun illərlə səhnəyə çıxmayacağını bildirib. Xatırladaq ki, sonuncu konsertində səhnəyə sərxoş vəziyyətdə çıxdığından mahnı oxuya bilməyən Winehouse elə bu səbəbdən İstanbul konsertindən imtina etmişdi. Amy Winehouse uzun illərdir ki, müalicə olunur.