Məşhur müğənninin bacısı oğlunun evi yarıldı

meshur-mugenninin-bacisi-oglunun-evi-yarildi
Oxunma sayı: 4622


Ev sahibinin mənzildə olmadığından istifadə edən şəxs və ya şəxslər evdə əllərinə keçən dəyərli əşyaları götürərək aradan çıxıblar.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, müğənni İbrahim Borçalının bacısı oğlunun evindən oğurluq edilib. Hadisə ötən gecə Binəqədi rayonu Biləcəri qəsəbəsində yeni tikilən həyət evində baş verib. Hadisə vaxtı ev sahibi Qəzənfər Qaracayev ailəsi ilə birlikdə qohumlarının toy məclisində olub. Axşam evə dönən zaman isə ailə üzvləri mənzillərinin dağıdıldığının şahidi olub. Zərərçəkənlər evdən pul və qizil-zinət əşyalanın oğurlandığını bildirdilər. Naməlum şəxslər isə mənzilə arxa hissədə yerləşən pəncərəni qıraraq daxil ola biliblər.

Ev sahibi Qəzənfər Qaracayev deyir ki, 5 minlik qızıl olub, 5 min pul olub, pəncərəi qırıb giriblər. 

Hadisədən sonra zərərçəkənlər Binəqədi rayon polis idarəsi və 4-cü polis bölməsinə məlumat veriblər. Dərhal əməliyyat-istintaq qrupu hadisə yerinə cəlb edilib. Ev sahibinin izahatı alınıb. Mənzildən əl-barmaq izləri götürülüb. Zərərçəkənin sözlərinə görə, son bir neçə ay ərzində bu ərazidə ev oğurluqlarının sayı artıb.

Polis bölməsindən isə bildirdilər ki, Qəzənfər Qaracayevin mənzilindən oğurluq edən şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtariş tədbirləri davam etdirilir. Ümid edək ki, istintaqın gedişi qısa zamanda öz nəticəsini verəcək və ev sahiblərinə ziyan vuran şəxslər tutularaq məsuliyyətə cəlb ediləcək.