“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, əsl adı Pol Fransis Qadd olan məşhur Britaniya sənətçisi 3 yeniyetmə qızı zorlamaqda təqsirli bilinir. Southwark ali məhkəməsi onun haqqında yekun hökm verib.
Cinayətlər 1970-ci illərdə həyata keçirilib. 70 yaşlı Qlitter 12-13 yaşlı qızlara qarşı zor tətbiq etməklə, onlarla cinsi əlaqəyə girib.
Qeyd edək ki, müğənni hələ 2006-cı ildə pedofiliya ittihamı ilə 3 il Vyetnam türməsində cəza çəkib. Həmin qızların birinin 11, digərinin 12 yaşı var idi.
Son xəbərlər
Son Xəbərlər