Məşhur musiqiçi 78 yaşında beşinci dəfə evləndi - Fotolar

meshur-musiqici-78-yasinda-besinci-defe-evlendi
Oxunma sayı: 2310

Dünyaca məşhur rok qrupu “Pink Floyd”un təsisçilərindən biri Rocer Uoters beşinci dəfə ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı 78 yaşlı musiqiçi öz instaqram hesabında paylaşıb.

“Daily Mail”in məlumatına görə, Rocer Uoters ailə həyatı qurduğu Kamila Çevis ilə uzun müddətdir sevgi münasibəti yaşayıb. 

Bildirilir ki, mərasim musiqiçinin 2010 -cu ildə Nyu York ştatında 16,2 milyon dollara aldığı mülkündə baş tutub.

R.Uoters 2018-ci ildə “Infobae” nəşrinə verdiyi müsahibəsində qeyd edib ki, o, Kamila Çavis ilə 2016-cı ildə tanış olub. Belə ki, bu zaman Çavis “Coachella” festivalında musiqiçinin şəxsi sürücüsü kimi işə cəlb olunub.