Məşhur musiqiçi pəncərədən yıxılaraq öldü

Məşhur musiqiçi pəncərədən yıxılaraq öldü
Oxunma sayı: 2259

Məşhur “Cassius” duetinin iştirakçısı, dicey Filipp Zdar pəncərədən yıxılaraq ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fransız musiqiçi Parisdə qədim binalardan birinin yuxarı mərtəbəsindən düşüb. Zdarın dostu Sebastyen Farran bildirib ki, musiqiçi pəncərədən təsadüfən yıxılıb.

Qeyd edək ki, Filipp 1993-cü ildə Hubert Blank-Frekardla birlikdə “Cassius” haus-layihəsinin əsasını qoyub. Duet 20 ildən çoxdur məşhurlar tərəfindən istifadə olunur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi