Məşhur musiqiçilər Bakıya gəlir - Fotolar

meshur-musiqiciler-bakiya-gelir
Oxunma sayı: 806

Aprelin 6-dan 8-dək “Bakı Ekspo” Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2017) öz işinə başlayır.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşavirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian"ın təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır. 

Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunmuş mədəniyyət müşaviri, ölkəmizdə də geniş tanınan şair və alim İrfan Çiftçinin sözlərinə görə, bu il Türkiyə AITF-də iştirak edəcək şirkət və qurumlarını mədəni fəaliyyətlərlə zənginləşdirəcək.

İ.Çiftçi ölkəsinin turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlayıb.

B.Karadağın rəhbərlik etdiyi ney və digər musiqi alətləri ifaçılarından təşkil olunan “Karadağ Musiqi Ansamblı”nın – klassik türk musiqisi ilə Mövlana Cəlaləddin Ruminin mürşidi Şəms Təbrizinin fəlsəfəsindən ilham alaraq “new agge” şərhlər – musiqidə müasir elementlərin vəhdətindən ibarət konserti, Mehmet Ustanın səhnələşdirdiyi “Perdeli Karagöz” və “Kavuklu-Pişekâr” tamaşaları sərgi iştirakçılarına zövqlu anlar yaşadacaq.

Bundan əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk üslubunda Ebru sənəti ustaları Ömer Faruk Dere və Emine Derenin hazırlayacağı rəsmlər tədbirə xüsusi rəng qatacaq.

Qeyd edək ki, bundan əvvəl keçirilən Bakı Turizm sərgilərində də Türkiyə bölgə turizminin tanıtımı məqsədilə ayrı-ayrı şəhərləri önə çıxarmışdı. Bu il isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, Hotellər Birliyi, Səyahat Şirkətləri Federasiyası kimi təşkilatlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq.