Məşhur narkobaron həbsxanadan qaçdı- - İkinci dəfə

meshur-narkobaron-hebsxanadan-qacdi-
Oxunma sayı: 3918


"Qafqazinfo" virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə Meksikanın Milli Təhlükəsizlik Komissiyasının yaydığı xüsusi bəyanatda deyilir. Bu, “El Çapo”nun karyerası boyu sərt rejimli həbsxanadan ikinci qaçışıdır.

Bəyanatda deyilir ki, “Sinaloa” narkokartelinin başçısı olan H.Qusman Mexiko yaxınlığındakı xüsusi rejimli həbsxanadan şənbə günü axşam saat 9 radələrində qaçıb. Onu sonuncu dəfə həbsxananın videomüşahidə kameralarında duş qəbul etməyə hazırlaşarkən görüblər. Bundan sonra Qusman bir müddət videomüşahidə kameralarında görünməyib. Həbsxana personalı onun kamerasını yoxlayıb və məlum olub ki, Qusman artıq yoxdur.

Qusmanın həbsxanadan qaçdığı məlum olan kimi onun axtarışı üçün qüvvələr səfərbər olunub, avtomobil yolları bağlanıb. Qonşuluqdakı Toluka aeroportundan uçuşlar dayandırılıb.

Lakin axtarışlar heç bir nəticə verməyib və onun izinə hələlik düşmək mümkün olmayıb. Qusman ilk dəfə ciddi rejimli Meksika həbsxanasından 2001-ci ildə nəzarətçilərin köməyi ilə qaçmışdı.

ABŞ-ın Federal Xəzinadarlıq Sistemi bir vaxtlar Qusmanın “dünyanın ən güclü narkobaronu” olduğunu bildirib. Onun şöhrətinin məşhur kolumbiyalı narkobaron Pablo Eskobarın şöhrətini də ötüb keçdiyi məlumdur.