“Məşhur olmaq üçün onu öldürdüm” - 40 il sonra gələn etiraf

meshur-olmaq-ucun-onu-oldurdum
Oxunma sayı: 4265

“The Beatles”in qurucularından olan Con Lennonun qatili Mark Çepmen 40 il sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki,  Nyu-Yorkdakı “Wenda” Cəzaçəkmə Müəssisəsindəki şərti cəza iclasında çıxış edən məhkum sənətçinin həyat yoldaşı Yoko Onodan üzr istəyib. O, məşhur olmaq üçün Conu güllələdiyini etiraf edib:

“Demək istəyirəm ki, cinayətimə görə üzr istəyirəm. Bəhanəm yoxdur. Bunu məşhur olmaq üçün etdim. Con çox məşhur idi. Və mən onu xarakterinə və ya necə bir insan olduğuna görə öldürmədim. Hesab edirəm ki, bu, günahsız bir şəxsə qarşı törədilən ən pis cinayətdir.

Onu öldürdüm, çünki o, çox məşhur idi və yeganə səbəb bu idi. Və mən şöhrət axtarırdım, eqoist idim. Bunun son dərəcə eqoist bir hərəkət olduğunu xüsusilə vurğulamaq istəyirəm. Xanımına yaşatdığım kədərə görə üzr istəyirəm. Mənə ölüm hökmünün verilməsini xahiş edirəm”.

Qeyd edək ki, 8 dekabr 1980-ci ildə Mark Çepman Lennona Manhattanda ailəsi ilə birlikdə yaşadığı evin yaxınlığında beş dəfə atəş açmışdı. Musiqiçi dərhal xəstəxanaya aparılmış, lakin çox keçmədən qan itkisindən vəfat etmişdi.

M. Çepmana isə ömürlük həbs verilmişdi.