Məşhur oteldə oğurluq

meshur-otelde-ogurluq
Oxunma sayı: 1300


“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, oteldə olan Bakı şəhər sakini Qurban Osmanova məxsus içərisində 225 manat və qızıl üzük olan kisə oğurlanıb.

Məlumat daxil olan kimi Binəqədi rayon Polis İdarəsi əməkdaşları əməliyyata başlayıb. Keçirilən əməliyyat nəticəsində oğurluğun kim tərəfindən törədildiyi müəyyən olub.

Aparılmış araşdırmalar zamanı oğurluqda şübhəli bilinən Rəşvin Əliyev tutulub.

Faktla əlaqədər cinayət işi başlanıb.