Məşhur pilot küçələrin təmizlənməsinə kömək etdi - Foto

meshur-pilot-kucelerin-temizlenmesine-komek-etdi
Oxunma sayı: 2115

Xəbər verdiyimiz kimi, həftəsonu İtaliyadakı İmola trasında keçirilməsi planlaşdırılan Emiliya-Romanya Formula 1 Qran-prisi ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb şəhərə leysan yağması və yolların yararsız vəziyyətə düşməsidir. 

Lakin Formula 1 pilotlarından bəziləri artıq İtaliyaya gəliblər. Onlar yarışın ləğv edilməsinə baxmayaraq geri dönməyiblər. 

“Alpha Tauri” komandasının yapon pilotu Yuki Tsunodanın hərəkəti isə gündəm olub. O, İtaliyada küçələrin təmizlənməsinə kömək edib.