Məşhur polkovnik Səlim Müslümova müraciət yazdı

meshur-polkovnik-selim-muslumova-muraciet-yazdi
Oxunma sayı: 4302


“Qafqazinfo”nun xəbərinə görə, Qarabağ müharibəsi veteranları adından yazılmış müraciəti ekspert öz facebook səhifəsində paylaşıb. Müraciətdə deyilir:

“Bizim Sizə bu müraciətimizə ciddi yanaşılacağına və çoxminli Qarabaq müharibəsi veteranlarının narahatçılığına son qoyacağınıza ümid edirik.

Deməli, məsələnin məğzi aşağıdakılardan ibarətdir. 2012-ci il mayın 1-dən pensiyada olan müharibə veteranlarının pensiyalarının üzərinə hesablanan 11 manat verilməsi dayandırılıb. Dövlət Sosial Müdafiə Fondu bunu “Sosial Müavinatlar Haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanunun 7.0.6-cı maddəsinə əsasən dayandırıldığını bildirib. Belə ki, həmin müavinatın onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası almaq hüququ olmadığı halda təyin edilməsi bildirilir. Belə bir qərarın səhvən qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati İqtisad Kollegiyası tərəfindən də 25 aprel 2013-cü ildə bir daha rəsmən təsdiq edilməsinə baxmayaraq bu günə qədər bu müavinat ödənilmir. 

2001-ci ildə Veteranlar haqqında qanunvericiliyə bir əlavə edildi. Belə ki, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 №-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştrak etdiyinə görə “Müharibə Veteranı” adı almış şəxslərə 11 AZN məbləğində aylıq müavinat müəyyən olundu. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 09 yanvar 2№2-H qərarı ilə təsdiq olunmuş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunması ilə əlaqədar həmin müavinatların vətəndaşlara verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən (17.06.2006-cı il tarixli 151 saylı Qərarla edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinatlarla əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 №-li Fərmanı ilə müəyyən olunan müavinatlar hərbi qulluqçulara-onların xidmət keçdiyi orqan, pensiya alanlara isə, pensiyaların üzərinə hesablanmaqla müvafiq pensiya təyin edən orqan tətəfindən ödənilirdi. Maraqlı olan cəhət ondan ibarətdir ki, hərbi xidmətdə olan, işləyən “Müharibə Veteranları” üçün 20014-cü ilin aprelin 1-dən 45 manat olsa nda, pensiyada olan müharibə veteranları üçün həmin məbləğ ümumiyyətlə ödənilmir və ödənilməyə başlayarsa, nədənsə 11 manat olacaqdır. 

Biz Qarabağ müharibəsi veteranlarını ən çox maraqlandıran məsələlərdən biri də, 01 yanvar 2006-cı ildən qüvvədə olan “Sosial Müavinatlar Haqqında”Azərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddəsinin tələbləri qüvvəyə mindikdən 6 il, 01 may 2012-ci ildən sonra tətbiq olunmağa başlayıb.

Bundan əlavə, “Sosial Müavinatlar Haqqında”Azərbaycan Respublikasının 07 fevral 2006-cı tarixli Qanunun 7.0.6-cı maddələrində göstərilənlər Azərbaycan Respublikasının Ali Qanuni olan Konstitusiyanın 25-ci (Bərabərlik Hüququ) və 149-cu maddələrində (Normativ Hüquqi Aktlar Haqqında) təsbit edilən əsas İnsan hüquqlarının və azadlıqlarının müddəalarına nə dərəcədə uyğundur?

Bizim tərəfimizdən həm şıfahi, həm də yazılı olaraq Dövlət Sosial Müdafiə Fonduna edilən müraciətlərə hər dəfə məsələyə baxılacağı və qərar qəbul ediləcəyi bildirilsə də, bu günə kimi heç bir konkret qərar qəbul edilməyib. Hamı bu məsələnin DSMF-nin sabiq rəhbəri, hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışan Səlim Müslümov cənabları tərəfindən həll edilə biləcəyini qeyd edirlər. Ona görə də, biz Sizdən xahiş edirik ki, çoxminli Qarabağ savaşının “Müharibə Veteran”larının intizarına son qoyasınız”.