Məşhur pop qrupu dağılır

meshur-pop-qrupu-dagilir
Oxunma sayı: 2008

Rusiya və Ukraynanın məşhur pop qrupu “Vremya i steklo” (“Zaman və şüşə”) dağılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qrup üzvləri Aleksey Zavqorodnıy və Nadya Dorofeeva sosial şəbəkədə məlumat veriblər.

Sənətçilər qrup olaraq sonuncu dəfə 11 sentyabrda Kiyevdə səhnəyə çıxacaqlar.

“Həmişə sevinc bəxş etməyi, şok etməyi, yeni işlər görməyi sevən insanlar olaraq ruhumuzun bütün hüceyrələri ilə yeni bir mərhələyə hazır olduğumuzu hiss edirik”, - deyə musiqiçilər fanatlarına müraciətində bildiriblər.

Qeyd edək ki, qrup 2010-cu ildə Aleksey Potap tərəfindən yaradılıb.