“İndi çatıram evə, qorxudan özümə gələ bilmirəm. Bloka girib liftə yaxınlaşanda bir nəfər tanımadığım oğlan üzümə qaz balonu ilə hücum etdi. Əlimdə paltarlarım olan böyük çantamı aldı. Üzüm, gözlərim, boğazım yandığından müqavimət göstərə bilmədim, məni itələyib yıxdı. Arxası ilə qaçanda polis maşını gördüm. Xətai rayon, 34-cü polis bölməsinə təşəkkür edirəm. Mənə yardım edilənə kimi cinayətkar yaxalandı. Bircə qalıb özümə gəlməyim”.
Prodüser Sayqa Cahid qaz balonu ilə ona edilən hücumdan danışıb. “Qafqazinfo”ya açıqlamasında prodüser ona hücum edən şəxsi taksi sürücüsü olduğunu bildirib: “Özümə gəlməyə çalışıram. Hələ, üzüm, boğazım yanır. İndi xəstəxanadayam, həkim müayinə edir. Bərk əzilmişəm. Hücum edən şəxs məni pilləkənlərlə sürüdü. Gedib bir maşının altına girdim, oradan məni çıxartmağa gücü çatmadı. Artıq polis onu yaxalayıb, gedib şikayət ərizəmi yazdım, cinayət işi açıldı. Mənə hücum edən şəxs taksi şoferi imiş, geniş məlumatım yoxdur. Özümə gələndən sonra yenidən Xətai rayon, 34-cü polis bölməsinə gedəcəm”.
Son xəbərlər
Son Xəbərlər