Məşhur prodüserin evini soyub Azərbaycana qaçdı

meshur-produserin-evini-soyub-azerbaycana-qacdi
Oxunma sayı: 1949

11 il əvvəl dünyasını dəyişən məşhur prodüser Osman Yağmurderelinin xanımı Esin Yağmurdereli azərbaycanlı tərəfindən soyulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. 

Qeyd olunub ki, E. Yağmurdereli bir müddət əvvəl qulluqçu tapmaq üçün şirkətə müraciət edib.  Daha sonra Azərbaycandan olan bir xanım evdə işləməyə başlayıb.  Lakin o, prodüserin xanımının çayına yuxu dərmanı atıb. 

Adı açıqlanmayan qulluqçu zinət əşyalarını və Osman Yağmurdereliyə məxsus özəl əşyaları oğurlayıb.  Esin Yağmurdereli məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.  Sözügedən qadının Azərbaycana qayıtdığı məlum olub, araşdırma aparılır.