Məşhur “qalatasaray”lı Bakıya gəlir - Video

meshur-qalatasarayli-bakiya-gelir
Oxunma sayı: 1731

Azərbaycanlı futbolçular Qara Qarayev və Tural Rzayevin transferində maraqlı olan Türkiyənin “Mersin İdman Yurdu” klubu istəyindən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, buna klubun baş məşqçisi Bülənt Qorxmazın istefaya göndərilməsi səbəb olub.
"ATV İdman"a açıqlama verən “Qalatasaray”ın sabiq kapitanı Turalın da keçidinin alınmayacağını deyib.

O, həmçinin qeyd edib ki, mart ayında Bakıya gələcək.