Məşhur qapıçıya ağır cəza - 20 ay maşın sürə bilməz

meshur-qapiciya-agir-ceza
Oxunma sayı: 2753

“Tottenhem”in kapitanı Uqo Lloris Londonda alkoqollu şəkildə maşını idarə etməyinə görə cəzalanıb.

“Qafqazinfo” xəbər verir ki, ötən ay polis tərəfindən saxlanılan qapıçı məhkəmə qarşısına çıxıb. 31 yaşlı qapıçı limitdən 2 dəfə çox spirtli içki qəbul etdiyi üçün 20 aylıq maşın sürməmək cəzası alıb. Fransa millisinin üzvü 50 min funt-sterlinq cərimə edilib.
 
Qeyd edək ki, dünya çempionu 2012-ci ildən "Tottenhem"də çıxış edir.