Məşhur qırğız müğənni qəzadan sonra komaya düşdü - Video

meshur-qirgiz-mugenni-qezadan-sonra-komaya-dusdu
Oxunma sayı: 5386

Qırğızıstanın məşhur müğənnisi Asel Kadırbekova Bişkekdə yol qəzasına düşüb.

“Qafqazinfo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, ağır halda reanimasiyaya yerləşdirilən 29 yaşlı ifaçı komaya düşüb. Asel ağır kəllə-beyin travması alıb.

Qeyd edək ki, iyunun 26-da baş vermiş qəzada 3 nəfər yaralanıb. Sosial şəbəkədə qəzanın baş vermə anının görnütüləri yayılıb.

Asel Kadırbekova həmkarı Nurlan Nasiplə ailəlidir.