Məşhur qrupun çıxışı zamanı dekorasiyalar alışdı - Video

meshur-qrupun-cixisi-zamani-dekorasiyalar-alisdi
Oxunma sayı: 1566

Almaniyanın “Rammstein” qrupunun Latviyanın paytaxtı Riqa şəhərindəki konserti zamanı gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” Rusiya Federal Xəbər Agentliyinə istinadən xəbər verir ki, ifaçıların şousu zamanı səhnədə qurulan dekorasiyaların bir hissəsi alışıb. 

Yanğın konsert təşkilatçıları tərəfindən qısa müddət ərzində söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.