Məşhur qrupun solisti dünyasını dəyişdi

meshur-qrupun-solisti-dunyasini-deyisdi
Oxunma sayı: 1338

İsveçin məşhur musiqi qrupu “Roxette”nin vokalisti Mari Fredrikson 61 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pop ifaçı, rəssam və pianoçu olan Mari uzun müddətdir ağır xəstəliklə mübarizə aparırdı.

Qeyd edək ki, Fredrikson 1986-cı ildə Per Gessle ilə birlikdə “Roxette” qrupunu yaradıb. Qrupun albomları dünya miqyasında 75 milyon nüsxə satılıb. “Roxette” sonuncu konsertini 2015-ci ildə Norveçdə verib.