Məşhur qrupun üzvləri öldü... - Fotolar

meshur-qrupun-uzvleri-oldu
Oxunma sayı: 5329

Şənbə günü İsveçin Stockholm şəhərində boğularaq ölən gənclərin adı müəyyənləşib.

“Qafqazinfo” Expressen qəzetinə istinadən xəbər verir ki, ölənlərdən 4-ü məşhur ingilis qrupu “Viola Beach”in üzvü, bir nəfər isə onların meneceri olduğu bildirilib.

Qrup üzvləri Sockholmdakı konsertdən sonra Hava Limanına doğru hərəkət ediblər. Yüksək sürətdə hərəkət edən avtomobil körpüyə çırpılaraq kanala aşıb.

 Sockholm Polis Şöbəsinin sədri Martin Bergholm açıqlamasında ölənlərin ingilis vətəndaşı olduğunu təsdiqləyib, “Viola Beach” adlı pop qrupunun mənsubları olduğunu söyləyib.