Məşhur rejissor koronavirusdan vəfat etdi

meshur-rejissor-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 2301

Cənubi koreyalı kinorejissor, Kann, Venesiya və Berlin film festivalı laureatı Kim Ki Duk dünyasını dəyişib.

“Qafqazinfo”nun “Delfi” portalına istinadən xəbərinə görə, koronavirusa yoluxan 60 yaşlı rejissor Latviyada vəfat edib.

Məlumata görə, Duk noyabrın 20-də Latviyaya gedib və dekabrın 5-dən heç kəslə əlaqə saxlamayıb.

11 dekabr gecəsi xəstəxanada koronavirus xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.

Portalın məlumatına görə, Kim Ki Duk Yurmalada bir ev almaq və Latviyada yaşamaq üçün icazə almaq niyyətində olub.