Məşhur rejissor vəfat etdi

meshur-rejissor-vefat-etdi
Oxunma sayı: 1494

İngilis rejissor və ssenarist Qay Hemilton 93 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, İspaniyanın Mayorka şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Hamilton “Ceymz Bond” silsiləsindən “Gold finger”, “Live and let die”, “The man with the golden gun” və “Diamonds are forever” filmlərini çəkib.

Onun sonuncu çəkdiyi film isə 1989-cu ildə ekranlaşdırdığı “Try this one for size” olub.