Məşhur repçi dünya çempionatının açılışında çıxış edəcək

meshur-repci-dunya-cempionatinin-acilisinda-cixis-edecek
Oxunma sayı: 3220

Məşhur repçi Jah Khalib Bakıda keçiriləcək Atıcılıq üzrə 53-cü Dünya Çempionatının xüsusi qonağı olacaq.

Dünya çempionatının rəsmi açılış mərasimi avqustun 15-də Bakı Kristal Zalında keçiriləcək. 2000-dən çox xarici qonağın qatılacağı, internetdə və peyk vasitəsilə dünyanın bir sıra ölkələrində canlı yayımlanacaq açılış mərasimində nümayiş etdiriləcək kompozisiyanın ssenarisi Azərbaycan xalqını tanıtmaq üzərində qurulub.

Tədbirdə Uşaq Avroviziyasında fərqlənənlərdən olan Sona Əzizova və sevilən ifaçı Sevda Ələkbərzadə də çıxış edəcək.

Açılış mərasiminə biletləri iticket.az platformasından əldə etmək olar (https://iticket.az/events/sport/53rd-world-shooting-championship-opening-ceremony/96803).