Məşhur reper Kulio dünyasını dəyişdi

meshur-reper-kulio-dunyasini-deyisdi
Oxunma sayı: 3844

Məşhur amerikalı reper Artis Leon Ayvi (Kulio) 59 yaşında vəfat edib.

Bu barədə “Qafqazinfo” TMZ portalına istinadən xəbər verir.

Məlumata görə, reper sentyabrın 28-də Los-Ancelesdə dünyasını dəyişib.

Təcili tibbi yardım briqadasının fikrincə, ulduzun ölümünə səbəb ürəyin dayanması olub.

Qeyd edək ki, Kulio yaradıcılığına 80-ci illərin sonlarında başlayıb. O, “Gangsta's Paradise” treki sayəsində dünya şöhrəti qazanıb.